USD 1.7
32 °C

ATAA ilə “Şahdağ” Turizm Mərkəzi arasında mövcud əməkdaşlıq perspektivləri müzakirə olunub

İyun 18, 2025 12:08 / 146
ATAA ilə “Şahdağ” Turizm Mərkəzi arasında mövcud əməkdaşlıq perspektivləri müzakirə olunub
A-
A
A+

Turizm sektorunda mövcud çağırışlar, qarşılıqlı iş birliyi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov arasında keçirilən görüşdə müzakirə olunub.

cbx-add

Görüş zamanı Rüstəm Nəcəfov ATAA sədrinə “Şahdağ”da qonaqlara təqdim olunan xidmətlər, turizm məhsullarının mövsümə uyğun olaraq yenilənməsi və daxili turizmin təşviqi üzrə həyata keçirilən tədbirlər, eləcə də təşkil olunacaq idman yarışları və digər təşəbbüslər haqqında ətraflı məlumat verib.

Müzakirələr zamanı Göydəniz Qəhrəmanov öz növbəsində Assosiasiyanın həm gəlmə, həm də daxili turizmlə məşğul olan üzvlərinin “Şahdağ” Turizm Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Eyni zamanda ATAA sədri kommunikasiya əlaqələrinin gücləndirilməsinin və B2B formatlı görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Görüş çərçivəsində tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin ölkə turizminin inkişafına və turist axınının artırılmasına töhfə verəcəyini qeyd ediblər.

Oxşar xəbərlər