USD 1.7
28 °C

ATAA Getmə komitəsinə yeni sədr seçilib – İLK İCLAS

May 30, 2024 14:57 / 214
ATAA Getmə komitəsinə yeni sədr seçilib – İLK İCLAS
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yeni tərkibdə formalaşdırılan Getmə Turizm Komitəsinin ilk iclası keçirilib.

cbx-add

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüş çərçivəsində komitə tərəfindən qaldırılan bir sıra problemlər sırasında vizaların verilməsində, qeyri qanuni yollarla yerlərin satılmasında, süni çətinliklərin yaradılmasında üzv şirktlərin üzləşdikləri çətinliklər, o cümlədən turizm bazarında baş verən dempinq prosesləri və onların qarşısının alınması üçün turoperatırlarla sıx iş birliyinin artırılması məsələləri müzakirə olunub.

Bununla yanaşı həm getmə,həm də daxili turizmdə qeyri qanuni yollarla xidmətlər təqdim edən, sağlam rəqabət mühitinə mənfi təsir göstərən turizm şirkətlərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

İclasda ümumilkdə turizm sektorunun inkişafına süni əngəllər yaradan bu kimi amillərin üzə çıxarılmasının vacibliyinə toxunan ATAA -nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov komitə üzvlərinə həmin mərkəzlərin, şirkətlərin və şəxslərin ifşa olunması və araşdırılması istiqamətində aktivliyi artırımağa çağırıb.

Göydəniz Qəhrəmanov Assosiasiya daxil olan bu kimi şikayətlərin ATAA tərəfindən bundan sonra da sənədləşdirilərək adiyati dövlət qurumlarına, səfriliklərə və təşkilatlara yönləndiriləcəyini və həllinin tapılması üçün səylərin artırılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, seçkilərdən sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə komitəsinin sədri Aidə Əliyeva seçilib.

Oxşar xəbərlər