USD 1.7
26 °C

ATAA-da TƏYİNATLAR: Yeni komandada kimlər var?

May 22, 2024 15:51 / 295
ATAA-da TƏYİNATLAR: Yeni komandada kimlər var?
A-
A
A+

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin cari və qarşıda duran məsələlərin müzakirəsinə dair toplantısı keçirilib.

Turizmplus.az xəbər verir ki, görüşdə yeni komitələrin yaradılması, fəaliyyət göstərən komitələrin yeni tərkibinin formalaşdırılması, onların iş prinsipinin bölgüsü ətrafında fikir mübadiləsi aparılıb.

Aparılan müzakirələr nəticəsində İdarə Heyəti tərəfindən Peşəkar Turizmçilər və Getmə Turizmi Komitələrinin yeni tərkibi formalaşdırılıb, eyni zamanda Avialogistika Komitəsinin  yaradılması qərara alınıb.

Toplantı çərçivəsində ATAA – ya üzv olan şirkətlərin fəaliyyətinin monitorinq olunması və nəzarət mexanizimlərinin yaradılması, o cümlədən peşəkar turizmçilərin formalaşdırılması məqsədi ilə ATAA tərəfindən gəlmə, getmə və avialogistika üzrə turizm təlimlərinin keçirilməsi müzakirə olunub.

İclasda həmçinin regionların turizm imkanalarının öyrənilməsi məqsədi ilə bölgələrə tanıtım məqsədli infoturların təşkili ətrafında  fikir mübadiləsi aparılıb.

Aşağıda qeyd olunan siyahıda mövcud, eləcə də yeni komitələrin  üzvləri ilə tanış ola bilərsiniz.

Onu da nəzərinizə çatdıraq ki, növbəti günlər ərzində digər təyinatlarla bağlı ikinci siyahı ictimaiyyətə təqdim ediləcək.

Getmə Turizm Komitəsi:

1. Aidə Əliyeva – A Lines Travel
2. Fidan Əliyeva – OK Tours
3. Aynur Əlləzova – R Travel and Tours
4. Ramil Rzayev – Baku Holiday Travel
5. Nəsimi Kərəmov – Turizm.az
6. Günel Şıxıyeva – Sun – L Travel
7. Fərid Rəsulov – Start Travel
8. Viktoriya Hüseynova – STİ Travel
9. Məltəm Qədimli – Baku Life Travel
10. Anar Həsənov – Access Travel
11. Mehbarə Məmmədova – AZE Turizm
12. Eldəniz Səfərov – Globus Travel
13. Nigar Həbibzadə – Habiba Travel
14. Fəxri Məmmədli – Event Travel
15. Seyidxanım Eminli – Kazunion Touroperator By Rustar

Peşəkar Turizmçilər Komitəsi:

1. Müzəffər Ağakərimov – ATAA
2. Fuad Rəsulov – Galaxy – M Travel
3. Əlixan Mürvətov – Bakı Turizm Ekskursiya
4. Abbasqulu Məmmədov  – Caspian Smart Holidays
5. Aleksandr Quliyev – Silk Row Travel
6. Nəzər Emin – Pegas Touristik Azerbaijan
7. Elçin Quliyev – Travelazer. co
8. Mehbarə Məmmədova – Aze Turizm
9. Tamara Zeynalova – AİT Travel
10. Gülçin Yetirmişli – Geo Travel

Avialogistika Komitəsi:

1. Hikmət Məmmədov – Aviadesk Travel
2. Fərhad Tahirli – S.F Travel
3. Kənan Bayramov- Air Travel
4. Faiq Məmmədov– VATA
5. Firat Yusifov – Elegant M Travel
6. Zöhrab Məmmədov – Planet Travel
7. Vüqar Yusibov – Carlton Travel Assistance
8. Pərviz Cəfərov – Four Seasons Travel
9. Adil Əliyev – Rayda Travel
10. Vəli Dünyamalıyev – ZD Travel
11. İlqar Kərimli– Europa Travel

Oxşar xəbərlər