“Alean Company”nin təşkilatçılığı ilə top agentlər üçün biznes səhər yeməyi keçirilib

Aprel 8, 2026 20:25 / 116
“Alean Company”nin təşkilatçılığı ilə top agentlər üçün biznes səhər yeməyi keçirilib
A-
A
A+

“Alean” turoperatoru, 5 ulduzlu “Baltic Beach” hoteli və 4 ulduzlu “Egle” sanatoriyasının birgə təşkilatçılığı ilə top agentlər üçün biznes səhər yeməyi tədbiri keçirilib. Görüş çərçivəsində turizm sənayesinin peşəkarları bir araya gəlib sahə üzrə yenilikləri müzakirə edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirin əsas mövzusu müasir dövrdə müalicəvi turların satış strategiyaları və bu istiqamətdəki yeni trendlər olub. Təqdimat zamanı iştirakçılara müalicəvi turizmin cari vəziyyəti, müştəri tələblərinin dəyişməsi və bu növ turların daha səmərəli satışı barədə ətraflı məlumat verilib.

“Baltic Beach” və “Egle” nümayəndələri öz infrastruktur imkanlarını, təqdim etdikləri reabilitasiya və sağlamlıq proqramlarını nümayiş etdirib tərəfdaşların suallarını cavablandırıb.

Tədbirin maraqlı məqamlarından biri isə Baltikyanı ölkələrin sanatoriyalarında yaşayış imkanı verən hədiyyə uduşlarının keçirilməsi olub. Qalib gələn agentlər regionun aparıcı sağlamlıq mərkəzlərində xidmət keyfiyyəti ilə yerində tanış olmaq şansı qazanıb.

Bu formatda keçirilən görüşlər həm turoperator, həm də agentliklər arasında işgüzar əlaqələrin güclənməsinə, eyni zamanda müalicəvi turizm məhsullarının daxili bazarda daha peşəkar şəkildə təşviq edilməsinə şərait yaradıb.

Oxşar xəbərlər