USD 1.7
27 °C

Albaniya və Azərbaycan arasında turizm əlaqələri müzakirə edilib

İyun 11, 2024 15:19 / 77
Albaniya və Azərbaycan arasında turizm əlaqələri müzakirə edilib
A-
A
A+

Turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları iyunun 10-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro arasında görüşdə müzakirə edilib.

cbx-add

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə hər iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-Turizm çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin turizm təhsili, xidmət sahəsi üzrə kadrların hazırlanması, assosiasiyalar və özəl sektorla tərəfdaşlıq imkanları müzakirə edilib.

Oxşar xəbərlər