Air Arabia Hava Yollarından Bakı–Əbu-Dabi uçuşları üzrə XÜSUSİ TƏKLİF

İyul 3, 2026 15:49 / 38
Air Arabia Hava Yollarından Bakı–Əbu-Dabi uçuşları üzrə XÜSUSİ TƏKLİF
A-
A
A+

Air Arabia yay mövsümü ilə əlaqədar Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar üzrə xüsusi kampaniyaya start verir. Kampaniya çərçivəsində sərnişinlər Bakı–Əbu-Dabi istiqamətində aviabiletləri 280 AZN-dən başlayan qiymətlərlə əldə edə bilərlər.

cbx-add

Turizmplus.az xəbər verir ki, səyahət müddətini 1 iyul tarixi etibari ilə bütün uçuş tarixləri üçün seçmək mümkündür. Endirimli aviabiletlər 5 iyul 2026-cı il tarixinədək rezerv edilə bilər.

Air Arabia-nın Bakı-Əbu-Dabi uçuşları Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə və Bazar günləri olmaqla həftədə beş dəfə həyata keçirilir və sərnişinlərə tətilini Əbu-Dabidə sərfəli qiymətlərlə planlaşdırmaq imkanı yaradır.

Aviabiletləri airarabia.com veb-səhifəsi, Air Arabia satış ofisi və səyahət agentlikləri vasitəsilə əldə etmək mümkündür. Air Arabia həmçinin sərnişinlərə AirRewards proqramına qoşularaq növbəti səyahətlərində mil toplamaq imkanı təqdim edir.

Əlaqə:
Air Arabia Satış Ofisi: 0124444155
Veb-sayt: www.airarabia.com
Sosial media: @airarabiagroup
Qeyd: Şərtlər və qaydalar tətbiq olunur

Oxşar xəbərlər