Türk Hava Yolları şirkətində rəhbərlik səviyyəsində mühüm dəyişikliklər həyata keçirilib.
Turizmplus.az xəbər verir ki, şirkətin növbəti Ümumi Yığıncağından sonra Prof. Dr. Murat Şeker İdarə Heyətinin sədri, Ahmet Olmuştur isə Baş direktor (CEO) vəzifəsinə təyin olunub.

Məlumata görə, əvvəlki İdarə Heyətinin sədri Ahmet Bolat, İdarə Heyətinin üzvləri Bilal Ekşi və Mecit Eş vəzifələrindən istefa veriblər. Bilal Ekşi eyni zamanda təqaüdə çıxaraq Baş direktor vəzifəsini də tərk edib.
Boşalan İdarə Heyəti üzvlüklərinə Ahmet Olmuştur, Metin Gülşen və Hasan Murat Mercan təyin olunublar.
Yeni struktur çərçivəsində Metin Gülşen Maliyyə üzrə Baş direktor müavini, Harun Baştürk isə Kommersiya üzrə Baş direktor müavini vəzifəsinə gətirilib.
Şirkətdən bildirilib ki, yeni rəhbərlik komandası 2026-cı il üzrə strateji və əməliyyat planlarının icrasını davam etdirəcək.

