“FUN&SUN” Türkiyənin ən böyük xidmət ixracatçıları sırasında ilk 10-luqda yer alıb
Turizm sektorunda fəaliyyət göstərən FUN&SUN nüfuzlu “İhracatın Şampiyonları” mükafatına layiq görülüb.
Turizmplus.az xəbər verir ki, mükafatlandırma mərasimi Türkiyə İxracatçılar Məclisi (TİM)-nin 33-cü Baş Assambleyası çərçivəsində 26 iyun tarixində İstanbulda keçirilib.
Mərasimdə Türkiyənin ticarət naziri Ömer Bolat və TİM-in sədri Mustafa Gültepe də iştirak ediblər.
2025-ci ilin yekunlarına əsasən, FUN&SUN Türkiyənin ən böyük xidmət ixracatçıları arasında 8-ci yeri tutub. Mükafat Türkiyə Prezidenti Recep Tayyip Erdoğan tərəfindən FUN&SUN Türkiyənin baş direktoru Oğuz Ergül-ə təqdim edilib.
Şirkət 2025-ci il ərzində Türkiyəyə 1 milyondan çox turist gətirib. FUN&SUN hazırda uçuş proqramlarını, özünün destinasiya xidmətləri infrastrukturunu və Türkiyə üzrə fəaliyyət coğrafiyasını genişləndirməyə davam edir.

