“Summer Travel” turizm sahəsində staj proqramına qəbul elan edir
“Summer Travel” MMC turizm sahəsində karyera qurmaq istəyən gənclər üçün staj proqramına qəbul elan edib.
Turizmplus.az xəbər verir ki, proqram 2 ay davam edəcək və iştirakçılar peşəkar komanda tərəfindən təlim keçərək real iş mühitində təcrübə qazanacaqlar. Staj müddətini uğurla başa vuran namizədlər üçün şirkətdə iş imkanı da nəzərdə tutulub.
Qeyd olunub ki, satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Şirkət ünsiyyət bacarığı yüksək, məsuliyyətli və öyrənməyə həvəsli gəncləri proqrama müraciət etməyə dəvət edir.
Staj proqramı həftənin 5 günü, saat 11:00-dan 16:00-dək keçiriləcək.
Müraciət etmək istəyən şəxslər info@summertravel.az elektron poçt ünvanına yaza və ya +994 55 703 88 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

