“Odeon Tours”dan KAMPANİYA: Rezervasiya edən agentliklərə lüks hotellərdə istirahət hədiyyə olunacaq
“Odeon Tours”un təşkilatçılığı və “Classic Voyage” şirkətinin dəstəyi ilə keçirilən “Odeon Tours Workshop 2026” tədbiri geniş proqramla yadda qalıb.
Turizmplus.az xəbər verir ki, tədbirdə 100-dən çox yerli turizm şirkətinin nümayəndəsi iştirak edib. Workshop çərçivəsində Türkiyənin aparıcı hotel brendlərinin nümayəndələri ilə görüşlər keçirilib, yay mövsümü üzrə satış planları, əməkdaşlıq imkanları və yeni təkliflər müzakirə olunub.
Tədbirdə Mia Luxury Travel, Arnor De Luxe Hotel & Spa, Barut Hotels, Club Marvy, Ethno Hotels, Flora Garden Hotels, Gloria Hotels & Resorts, Kaya Palazzo Hotels & Resorts, The Land of Legends, Mardan Palace, Lujo Hotel, NG Hotels, Nirvana Hotels, Papillon Hotels, Titanic Hotels, Vogue Hotel Supreme və Voyage Hotels təmsil olunub.
İştirakçılar hotellərin yenilikləri, yay mövsümü üçün satış imkanları, xidmət konsepsiyaları və xüsusi təkliflər barədə ətraflı məlumat əldə ediblər.
Workshop-dan sonra tədbirin qala gecəsi təşkil olunub. Gecədə musiqili proqram təqdim edilib, iştirakçılar qeyri-rəsmi mühitdə hotel nümayəndələri ilə ünsiyyət qurmaq və yeni əməkdaşlıqlar barədə müzakirələr aparmaq imkanı əldə ediblər.
Turizmplus.az-a verilən məlumata görə, tədbir çərçivəsində turizm agentlikləri üçün xüsusi satış kampaniyası da elan olunub.
Kampaniyaya əsasən, 20 avqusta qədər ilk 50 rezervasiya edən agentliyə NG Phaselis hotelində 10–17 oktyabr tarixləri üçün iki nəfərlik otaq hədiyyə ediləcək.
45 rezervasiya edən agentliklərə Ethno Hotel hotelində 14–21 oktyabr tarixləri üçün iki nəfərlik otaq təqdim olunacaq.
40 rezervasiya edən agentliklər isə Gloria Golf Resort hotelində 14–21 oktyabr tarixləri üçün iki nəfərlik otaq qazanacaqlar.
Qeyd olunub ki, kampaniya agentliklərin satış potensialını artırmaq, eyni zamanda tərəfdaşlara əlavə motivasiya vermək məqsədi daşıyır.

