“KOMPAS Tour” Antalya istiqaməti üzrə info-tur elan edir

Fevral 16, 2026 16:25 / 65
“KOMPAS Tour” Antalya istiqaməti üzrə info-tur elan edir
A-
A
A+

Turizm bazarında fəaliyyət göstərən peşəkarlar üçün “KOMPAS Tour” tərəfindən Antalya istiqaməti üzrə növbəti info-tur proqramı təqdim olunub. Yalnız turizm agentliklərinin əməkdaşları üçün nəzərdə tutulan səfər yüksək mövsüm öncəsi regionun aktual hotel bazası ilə yaxından tanışlıq və məhsul biliklərinin artırılması məqsədi daşıyır.

cbx-add

Turizmplus.az xəbər verir ki, info-tur proqramı 17 aprel 2026-cı il tarixində Bakıdan start götürəcək və 7 gecə davam edəcək. Səfər çərçivəsində iştirakçılar 4 və 5 ulduzlu hotellərdə yerləşməklə Fam Trip formatında Antalyanın aparıcı turizm infrastrukturu, yerləşdirmə imkanları və mövsümə hazırlıq vəziyyəti ilə tanış olacaqlar. İştirak haqqı bir nəfər üçün 399 avro təşkil edir.

Proqram turizm mütəxəssislərinə satış imkanlarını genişləndirmək, tərəfdaş otellərlə birbaşa əlaqələr qurmaq və yay mövsümü öncəsi bazar haqqında daha dolğun məlumat əldə etmək imkanı yaradır.

Bronlaşdırma KOMPAS Tour şirkətinin rəsmi onlayn platformasında “tur axtarışı” bölməsi vasitəsilə həyata keçirilir.

https://online.az.kompastour.com/search_tour

Oxşar xəbərlər