QRUP TURLARINA PEŞƏKAR YANAŞMA: “Jeluxe Travel” səyahətçiləri Dubayda

Fevral 16, 2026 14:10 / 106
QRUP TURLARINA PEŞƏKAR YANAŞMA: “Jeluxe Travel” səyahətçiləri Dubayda
A-
A
A+

Səyahət sevərlərin ən çox üstünlük verdiyi istiqamətlərdən biri olan Dubaya növbəti qrup turu Jeluxe Travel tərəfindən 13–17 fevral tarixlərində təşkil olunub. Peşəkar planlama və düzgün təşkilatçılıq sayəsində tur proqramı uğurla icra edilir və iştirakçılar səfərdən yüksək məmnunluq əldə edirlər.

cbx-add

Turizmplus.az xəbər verir ki, səfər boyunca qrupun idarə olunmasını şirkətin direktoru Vüsal Nəsirov həyata keçirir. Tur proqramı Dubayın həm klassik, həm də müasir turizm imkanlarını əhatə edərək iştirakçılara şəhəri daha yaxından tanımaq imkanı yaradır.

Proqram çərçivəsində turistlər Dubay şəhərinin əsas turizm məkanlarını, o cümlədən Burj Khalifa, Dubai Mall, Atlantis The PalmBurj Al Arab kimi simvolik obyektləri ziyarət ediblər. Marşruta şəhər turu, səhra safari proqramı və kruiz formatında axşam istirahəti də daxil edilib ki, bu da səfərə həm dinamik, həm də əyləncəli ab-hava qatıb.

Tur çərçivəsində bəzi texniki və əməliyyat proseslər tərəfdaşlıq əsasında Pegas Touristik ilə birgə həyata keçirilib. Bu əməkdaşlıq xidmət keyfiyyətinin qorunmasına və proqramın plan üzrə icrasına imkan yaradıb.

Jeluxe Travel-in yaxın dövr üçün planlaşdırdığı qrup turları:

  • 26 fevral – 1 mart: Doha

  • 21 – 28 mart: Özbəkistan

  • 11 – 18 aprel: Avropa

  • 23 – 26 aprel: Doha

Məlumata görə, fevral üzrə Doha və mart üzrə Özbəkistan qrup turlarında yerlər artıq məhdud saydadır.

Oxşar xəbərlər