“Aristokrat Travel Azerbaijan” Gəlmə turizm üzrə menecer vakansiyası elan edir – İŞ VAR

Fevral 5, 2026 15:35 / 121
“Aristokrat Travel Azerbaijan” Gəlmə turizm üzrə menecer vakansiyası elan edir – İŞ VAR
A-
A
A+

Azərbaycanın turizm sektorunda fəaliyyət göstərən “Aristokrat Travel Azerbaijan” şirkəti peşəkar və güvənli komandasına Gəlmə Turizm üzrə Menecer (Incoming Manager) vəzifəsi üçün yeni əməkdaş axtarır.

cbx-add

Namizədə dair əsas tələblər sırasında turizm sahəsində minimum 4 il iş təcrübəsi, ingilis və rus dillərini yazılı və şifahi şəkildə peşəkar səviyyədə bilmək, həmçinin Avropa, İsrail və MDB bazarları ilə işləmək bacarığı yer alır. Şirkət məsuliyyətli, detallara diqqət yetirən və komandada işləməyi bacaran namizədlərə üstünlük verir.

Şirkət tərəfindən AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi, karyera yüksəlişi imkanları, normativlərə uyğun iş qrafiki, bilik və bacarıqlara əsasən müəyyən edilən yüksək əmək haqqı və bonus sistemi təklif olunur. Bundan əlavə, rəhbərlik tərəfindən mütəmadi həvəsləndirici mükafatlar nəzərdə tutulub.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Gəlmə turizm üzrə menecer” qeyd etməklə hr@aristokrat.az elektron poçt ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün +994 70 306 44 99 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Qeyd olunur ki, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar xəbərlər