ABŞ 2025-ci ildə 100 mindən çox vizanı ləğv edib
ABŞ Dövlət Departamenti 2024-cü illə müqayisədə 150% artım qeydə alındığını və ötən il təxminən 100 min vizanın ləğv edildiyini açıqlayaraq, viza sahiblərinin qanunlara riayət etməsini izləmək üçün “Daimi Nəzarət Mərkəzi” yaradıldığını bildirib.
Turizmplus.az xəbər verir ki, ABŞ ötən il ləğv edilən vizalarla bağlı məlumat verib. ABŞ Dövlət Departamenti 2024-cü illə müqayisədə 150% artım olduğunu və ötən il təxminən 100 min vizanın ləğv edildiyini açıqlayıb.
Viza sahiblərinin ABŞ qanunlarına uyğunluğunun izlənəcəyi “Daimi Nəzarət Mərkəzi”nin yaradıldığını bildirən Nazirlik, “Tramp administrasiyası ABŞ-ı hər zaman ön planda tutmağa və ictimai təhlükəsizlik və ya milli təhlükəsizlik üçün risk yaradan xarici vətəndaşlardan ölkəmizi qorumağa davam edəcək” deyə vurğulayıb.

