“Alean Company”nin təşkilatçılığı ilə Avropaya “relax” İNFO-TUR

Yanvar 12, 2026 19:45 / 246
“Alean Company”nin təşkilatçılığı ilə Avropaya “relax” İNFO-TUR
A-
A
A+

Turizm peşəkarları üçün nəzərdə tutulan “Relax Fam Trip” çərçivəsində iştirakçılar Slovakiyanın məşhur müalicəvi kurortu olan Piešťany şəhərinə səfər edəcəklər.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Alean Company” tur-operatorunun təşkilatçılığı ilə keçirilən proqram 24–28 fevral 2026-cı il tarixlərini əhatə edəcək.

Səfər zamanı iştirakçılar Ensana Thermia Palace 5 ulduzlu Luxury SPA Hotel-də yerləşdiriləcək. Paketə iki nəfərlik otaqlarda qalma, gündə iki dəfə qidalanma, müalicəvi prosedurlar, SPA mərkəzindən istifadə, proqram üzrə transferlər və kurortun müalicəvi həkimi ilə seminar daxildir.

Qeyd edək ki, aviabilet və viza xərcləri qiymətə daxil deyil. Lakin viza üçün səfirliyə təqdim olunmaq məqsədilə rəsmi iştirak sənədi təmin edilir.

Fam Trip çərçivəsində iştirakçılar kurortu, otelləri və tibbi mərkəzi yerində yaxından tanıyacaq, həmçinin müalicəvi prosedurları şəxsən sınaqdan keçirəcəklər.

Səfərin qiyməti 280 avro təşkil edir. Yerlər məhdud olduğundan, qeydiyyatın vaxtında aparılması tövsiyə olunur.

Ətraflı məlumat və qeydiyyat üçün:
Telefon/WhatsApp: +994 70 289 07 70
E-poçt: info@alean-az.com

Oxşar xəbərlər