UN Tourism: Oktyabr ayında qlobal turizmdə sabit artım müşahidə olunub
UN Tourism-in açıqladığı yeni hesabatda 2025-ci ilin oktyabr ayı üzrə qlobal turizm göstəricilərində sabit artım qeydə alınıb.
Turizmplus.az xəbər verir ki, Avropa, Yaxın Şərq və Amerika regionlarında beynəlxalq gəlişlər əvvəlki illə müqayisədə yüksəlib. Avropada şəhər turizminin bərpası xüsusilə nəzərə çarpır, Paris, Roma və Amsterdamda otel doluluğu 80%-ə yaxınlaşıb. Asiya-Sakit Okean regionunda isə uçuşların yenidən genişlənməsi turist axınını gücləndirib.
Hesabatda qeyd olunur ki, mövsümü uzadan tədbirlər və festivallar oktyabr ayını bir çox ölkələr üçün yüksək gəlirlilik dövrünə çevirib.

