USD 1.7
17 °C

CANLI: İran-İsrail münaqişəsi

Aprel 13, 2024 02:16 / 275
CANLI: İran-İsrail münaqişəsi
A-
A
A+

02:16

cbx-add

Kanada vətəndaşlarına İsrailə səyahət xəbərdarlığı etdi.


02:00

İsrailin Hindistandakı səfirliyi və konsulluğunda təhlükəsizlik tədbirləri İranın cavab addımı ata biləcəyi təhlükəsi səbəbindən artırılır.


01:36

İsrail döyüş təyyarələri Livana intensiv zərbələr endirir.


01:34

Donald Tramp:

İsraildə baş verənlər bizi Dünya Müharibəsinə apara bilər.


01:14

Hazırda İran İnqilab Keşikçiləri Korpusu Kirmanşah şəhərinə hərbi sursat və müxtəlif raketlər daşıyır.


01:09

Qəssam Briqadaları Qəzzadan İsrailə raket zərbələri endirir.


00:40

Qətər, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı vətəndaşlarından İsraili dərhal tərk etmələrini istəyib.


00:33

Avstriya öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.


00:21

İsrail İranın yaxın 48 saat ərzində baş verə biləcək hücumuna hazırlaşır.

  • Mümkün hücum hərtərəfli regional müharibəyə səbəb ola bilər.
  • ABŞ bölgəyə əlavə hərbi texnika ötürür.

00:18

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı cavab videosu yayımlayıb:


00:11

Britaniyanın baş naziri Rişi Sunak:

“İrandan gələn təhdidlər qəbuledilməzdir və biz də amerikalılar kimi İsrailin ona qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyirik”.


00:07

Almaniya öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.


23:56

Co Bayden: Məxfi məlumatları açıqlamalıyam. İran gec-tez İsrailə hücum edəcək.

Suriyada İranın dəstəklədiyi qruplar yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Oxşar xəbərlər