DTA turizm şirkətləri üçün Gəncə və Göygölə infotur təşkil edib – FOTOLAR

Sentyabr 15, 2025 15:12 / 290
DTA turizm şirkətləri üçün Gəncə və Göygölə infotur təşkil edib – FOTOLAR
A-
A
A+

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində və Göygöl rayonunda fəaliyyət göstərən muzeylərin turizm istiqamətində tanıdılması məqsədilə Bakı və Gəncədə fəaliyyət göstərən turizm şirkətləri üçün infotur təşkil edilib.

cbx-add

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, infotur çərçivəsində Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvinin məqbərəsi və muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Göygöl rayonunda yaşamış axırıncı alman sakini Viktor Klaynın ev muzeyi, XIX əsr tarixi-memarlıq abidəsi və Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi, almanlar tərəfindən inşa olunmuş və şərab saxlanılması üçün nəzərdə tutulmuş zirzəmi ziyarət edilib.

Oxşar xəbərlər