Aykut Korkmaz “Hilton Baku”dan ayrılır – ATAA-DAN TƏŞƏKKÜRNAMƏ

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri və bir sıra İdarə Heyəti üzvləri Hilton Baku Hotelin Baş meneceri Aykut Korkmazın fəaliyyətinin başa çatması münasibətilə təşkil olunan tədbirdə iştirak ediblər.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, tədbir çərçivəsində Assosiasiya sədri Göydəniz Qəhrəmanov Aykut Korkmaza rəhbərliyi dövründə ATAA ilə əməkdaşlıqda, həmçinin üzvlərlə iş birliyinin genişləndirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, ATAA adından xüsusi təşəkkürnamə təqdim edib, ona gələcək fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb.