Azərbaycanın 11-22 noyabr tarixlərində ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçiriləcək tədbirlərin proqramı açıqlanıb.
Turizmplus.az xəbər verir ki, buraya klikləyərək Mavi və Yaşıl zonalarda COP29 üzrə keçirilməsi nəzərdə tutulan bütün tədbir və iclaslara baxa, axtara və filtrləyə bilərsiniz. Proqramda iqlim fəaliyyəti, davamlılıq və qlobal tərəfdaşlıqlar mövzularında müxtəlif sessiyalar, seminarlar və əsas çıxışlar yer alır.
Qeyd edək ki, proqram dəyişikliklər edilə bilər, buna görə ən son məlumat üçün proqramı mütəmadi olaraq yoxlamağınız tövsiyə olunur.