USD 1.7
15 °C

“Şahdağ” Turizm Mərkəzi Avrasiya Dağ Kurortları Alyansının sammitində iştirak edib

Sentyabr 10, 2024 15:08 / 237
“Şahdağ” Turizm Mərkəzi Avrasiya Dağ Kurortları Alyansının sammitində iştirak edib
A-
A
A+

8-10 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində Avrasiya Dağ Kurortları Alyansına üzv dövlətlərin dağ kurortlarının sammiti keçirilib.

cbx-add

“Şahdağ” Turizm Mərkəzinin mətbuat xidmətindən Turizmplus.az saytına verilən məlumata görə, sammitdə Avstriya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Rusiya Federasiyası və Cənubi Koreyanın dağ kurortlarının nümayəndələri iştirak ediblər.

“Oy Karaqay” Dağ Kurortunda baş tutan tədbirdə Azərbaycanı Alyansın üzvü olan “Şahdağ” Turizm Mərkəzinin nümayəndə heyəti təmsil edib.
Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov turizm kompleksinin potensialı, həyata keçirilən yeniliklər və infrastruktur işləri, eləcə də qış mövsümü çərçivəsində nəzərdə tutulan beynəlxalq tədbirlər və yarışlar haqqında sammit iştirakçılarına məlumat verib.

Samitdə Alyansın qarşısında duran prioritet vəzifələr, təşkilata qeydiyyat və yeni üzvlərin qəbulu məsələləri, kurortlar arasında təcrübə mübadiləsinin aparılması, qarşılıqlı təşviqat və marketinq işlərinin təşkili, vahid keçidlərin tətbiqi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Sammit çərçivəsində Almatı Dağ Klasteri yaradılıb, həmçinin Cənubi Koreyanın “Mono YongPyong” Dağ Kurortunun Avrasiya Dağ Kurortları Alyansına üzv olması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Avrasiya Dağ Kurortları Alyansı 2023-cü ildə təsis edilib. Alyansa Rusiyanın “Roza Xutor”, Qazaxıstanın “Şımbulak”, Özbəkistanın “Əmirsoy” Dağ Kurortları və “Şahdağ” Turizm Mərkəzi daxildir. Bu ildən etibarən isə Qazaxıstanın “Oy Karaqay” və Koreyanın “Mono YongPyong” Dağ Kurortları da üzv qəbul edilib.

Oxşar xəbərlər