USD 1.7
11 °C

Azərbaycanda siyasi partiyaların gəlirləri açıqlanıb

Aprel 1, 2024 16:30 / 350
Azərbaycanda siyasi partiyaların gəlirləri açıqlanıb
A-
A
A+

Azərbaycanda 2023-cü ildə 26 siyasi partiya qeydiyyatda olub.

cbx-add

“Mediaplus” Modern.az-a istinadən xəbər verir ki, partiyaların 25-i maliyyə hesabatını təqdim edib.

Məlumata görə, hakim Yeni Azərbaycan Partiyasının gəlirləri (YAP)  33 milyon manat olub. Bu vəsaitin 29.6 milyon manatı üzvlük haqlarından, 2.4 milyonu dövlət yardımı, qalanı digər mənbələrdən formalaşıb. Partiyanın xərcləri 22.8 milyon manat olub.

Parlamentdə 1 deputatla təmsil olunan Böyük Quruluş Partiyasının (BQP), Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Demokratik İslahatlar Partiyasının, Vəhdət Partiyasının, Milli Cəbhə Partiyasının, Respublikaçı Alternativ Partiyasının, Ana Vətən Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının gəlirləri 283 min manat (dövlət yardımı) olub.

Milli Məclisdə 3 deputatı olan Vətəndaş Həmrəylik Partiyası (VHP) isə ötən il dövlətdən 345 min manat yardım alıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qeydiyyatda olsa da, MSK-ya hesabat təqdim etməyib.

Digər siyasi partiyaların gəlirləri aşağıdakı kimi olub:

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) – 3044 manat
Müsavat Partiyası – 9990 manat
Ağ Partiyası (AğP) – 2350 manat
Azərbaycan Ümid Partiyası (ÜMİD) – 0 manat
Azərbaycan Xalq Partiyası (AXP) – 1700 manat
Azərbaycan Demokrat Partiyası (ADP) – 0 manat
Ədalət Partiyası – 2073 manat
Müasir Musavat Partiyası (MMP) – 0 manat
Böyük Azərbaycan Partiyası (BAP) – 0 manat
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) – 100 manat
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) – 0 manat
Yeni Zaman Partiyası (YZP) – 727 manat
Gələcək Azərbaycan Partiyası (GAP) – 0 manat
Haqq Ədalət Partiyası (HƏP) – 0 manat
Azad Vətən Partiyası (AZAD VƏTƏN)  – 0 manat

Oxşar xəbərlər