USD 1.7
9 °C

Viza prosedurlarında QEYRİ-QANUNİ FAKTLAR – TURİZMÇİLƏR DANIŞIR

İyun 6, 2024 16:46 / 663
Viza prosedurlarında QEYRİ-QANUNİ FAKTLAR – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Azərbaycan turizm sektorunda vizaların alınması zamanı yaşanan qeyri-qanuni əməllərlə bağlı şikayətlər gəlməyə davam edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu məsələlərlə bağlı ictimai qınaq və s. tədbirlər həyata keçirilsə də təəssüf ki, qarşısını tam almaq hələlik mümkün olmur.

Saytımıza açıqlamasında “Izz Travel” şirkətinin rəhbəri Lalə Paşayeva bu durumdan narazı və narahat olduğunu bildirib.

“Səfirliklərdə görüş yerləri tapılmır deyə avropa turlarını sata bilmirik. İnsanların çoxu yayda məzuniyyətə çıxır və bunu səyahətlə səmərəli istifadə etmək istəyir. Lakin yay başlamamış biz artıq bu problemlə üzləşirik. Bəzi ödənişlə satılan görüşlər isə turistlər tərəfindən heç də yaxşı qarşılanmır. Hətta biz bunu edə bilmirik deyə reputasiyamız aşağı düşür. Nəyinki turistlər, korporat şirkətlərə də dəstək göstərə bilmirik. İşlə bağı vacib səyahətləri olur ki sırf bu görüşlərə görə təxirə salınır. Bu yerləri satan əməkdaşlar da hərəsi özündən qiymət deyir. Bu məbləğ adambaşı 200-300 manat arası dəyişir. Bir ailə səyahət etsə bu artıq səyahətin müəyyən məbləğini təşkil edir. Bu səbəbdən bütün turizmə ziyan dəyir. Satışlar azalır. Bəzən müştəri ilə danışıb istiqaməti dəyişməli oluruq. Amma bu hər zaman uğurlu olmur. Buna bir tədbir görülsə canla başla iştirak edib əlimizdən gələni edərik”, – deyə Lalə Paşayeva bildirib.

“Ginza Travel” şirkətinin İcraçı direktoru Aidə Məlikovanın sözlərinə görə, belə hallar pandemiyadan sonrakı dövrdə yaşanmağa başlayıb.

“Hətta olurdusa da çox nadir hallarda əgər səyahət tarixinə 20 gündən az qalırdısa görüş tapa bilmirdik. Ancaq hazırkı qaydalara əsasən səyahət tarixi və görüş tarixi arasında 15 gündən az qalırsa müraciət bütün hallarda risklidir. Səfirliklər sənəd qəbul etmir.

Qayadalara əsasən səyahət tarixinə ən çox 90 gün qalanadək visaya müraciət etmək olar ( bəzi ölkələrdə bu rəqəm dəyişə bilir Litva – 180 gün, Yunanistan 30 gün ).

İndiki vəziyyətdə sentyabr, okyabr ayında getmək istəyən müştərilər üçün görüş tapa bilmirik. Ən çox ağırlıq və tələb Fransa səfirliyinin viza verdiyi ölkələr sayına görə “CAPAGO VİSA MƏRKƏZİ”, İtalya “VFS Global” və Almanya “VİSAMETRİC”dir.

Fikrimcə hazırda görüş yerlərinin tapılmamasının səbəbləri sünidir. Bu məsələ “al-ver”ə çevrilib. Görüş yerləri açılır və bir neçə saniyə ərzində bitir.

Düşünürəm ki, bu proseslər iki cür həyata keçirilir:

1. Visa mərkəzi əməkdaşları ilə əlbir olmaqla
2. Xüsusi xakerlə. Çünkü görüşü götürüb ad-soyadı əsla dəyişmək olmur.

Son 2 həftə ərzində təxmini 20 müştəriyə imtina vermişik ( bunlardan bəzisi ailədirlər). Çünkü biz tək visa dəstəyi etmirik. Ardından həmin müştəri üçün tur, bilet, hotel və s. satırıq. Bütün bunlar həm də partnyorlarla iş münasibətlərimizə də mənfi təsir edir.

Sektora ziyan vuran viza alverçiləri; Görüş yerləri qat-qat baha satılır… – TURİZMÇİLƏR DANIŞIR

“Travel Time Agency” şirkətinin rəhbəri Aytən Əhmədova saytımıza bildirib ki, bəzi viza mərkəzlərində də bu işlə bağlı qeyri-qanuni addımlar atılır.

“İlk olaraq təşəkkür edirəm ki, bu qədər önəmli məsələni gündəmə gətirib bizlərə dəstək olursunuz . Son dönəm yaranan səfirliklərdə görüş yerlərinin qanunsuz şəkildə yüksək qiymətlərlə satılması ilə bağlı problemə görə artıq turistlərin işini doğru dürüst görən turizm şirkətlərinə inamsızlıq yaranıb.

Təəssüf ki, buna da səbəb olan bizim bəzi işini düzgün aparmayan fürsətcil həmkarlarımızdır. Ancaq mən yaşadığım problemlərdən sonra əmin olmağa başlayıram ki, bu yalnız şəxslərdən deyil həm də viza mərkəzlərində vəzifəsindən sui-istifadə edən işçilərdən qaynaqlanır. Çünki həmin insanların yardımı olmadan kimsə sistemlərdə ad dəyişmə və s. proseslərini həyata keçirə bilməz. Hətta görüşə gedə bilməyən turistlərin yerinə yenidən sistemdə yerlər görünmür. Bu səbəbdən hüquq mühafizə orqanlarından xahiş edirəm ki, ara vasitəçiləri ilə yanaşı bu məsələlərin başında duran və sistemə müdaxilə imkanı olan insanlarla bağlı da araşdırma aparsınlar”, – deyə Aytən Əhmədova bildirib.

Turizmplus.az saytı olaraq məsələni diqqətdə saxlayırıq.

Müəllif: RƏHİM QƏDİROV

Oxşar xəbərlər