Türk Hava Yolları biznes kabin satışlarında artıma görə kampanyaya start verir.
Turizmplus.az xəbər verir ki, agentliklərin biznes sinif satışları müvafiq olaraq ötən ilin eyni tarixli biznes sinif satışları ilə müqayisə ediləcək və biznes sinif satişlarını ən çox artlıran agentlərin bilet satışı edən nümayənədəsi THY tərəfindən mükafat qazanacaq.
- Kampaniya yalnız bilet satışı ilə məşğul olan aviakassirlər üçün keçərlidir.
- Hər kateqoriya üzrə (A, B, C) ən çox biznes bilet satışı edən şirkət PCC kod vasitəsi ilə təsbit olunacaqdır və satış edən aviakassir şəxsi inisial kodu (sign in kodu) ilə müəyyən ediləcək.
- Kampaniya 1 İyun – 31 Avqust tarininədək qüvvədə olacaq.
- Hər agentlikdən yalnız 1 şəxs mükafat qazana bilər
Öz kateqoriyasında (A,B,C) ilk 3 ən çox biznes bilet satışını artıran aviakassir Türk Hava Yolları Bakı ofisindən 2 ədəd Türkiyə istiqamətində (RT) ekonom sinif bilet qazanacaq.