Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanının mülki aviasiya üçün təhlükəli hala gəldiyini bildirib.
Turizmplus.az xəbər verir ki, Zelenskinin dediklərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Rusiya səmasında dronların sayının artacağı gözlənilir və bu, aviasiya şirkətləri, sığortaçılar və Rusiya hava limanlarından istifadə edənlər tərəfindən nəzərə alınmalıdır.
O, xüsusilə Moskva, Sankt-Peterburq və digər əsas Rusiya şəhərlərinə uçuş həyata keçirən aviaşirkətləri xəbərdar edib.
“Rusiyanın səmasında təhlükəsiz günlər başa çatıb”, – deyə Zelenski vurğulayıb.

