Dubayda dünyanın məşhur lüks hotel brendlərindən biri fəaliyyətə başladı

Noyabr 25, 2026 14:52 / 4
Dubayda dünyanın məşhur lüks hotel brendlərindən biri fəaliyyətə başladı
A-
A
A+

Dünyanın məşhur lüks hotel brendlərindən biri olan “Six Senses” Birləşmiş Ərəb Əmirliklərində ilk hotelini istifadəyə verib.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Six Senses The Palm, Dubai” adlı hotel noyabrın 23-də Dubayın məşhur süni adası olan “Palm Jumeirah”ın qərb hissəsində fəaliyyətə başlayıb.

Dəniz sahilində yerləşən lüks hotel kompleksi 61 suit nömrə və 172 fərdi rezidensiyadan ibarətdir. Hotelin bəzi nömrələrində şəxsi terraslar və fərdi üzgüçülük hovuzları mövcuddur.

CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram

Yeni hotelin əsas fərqləndirici xüsusiyyətlərindən biri sağlamlıq turizminə xüsusi önəm verməsidir. Kompleksin ərazisində 5 500 kvadratmetrlik SPA və sağlamlıq mərkəzi, uzunömürlülük klinikası, hamam, fitnes zalları, yoqa və meditasiya məkanları fəaliyyət göstərir.

Hotelin memarlıq və interyer dizaynında mərcan riflərindən, Birləşmiş Ərəb Əmirliklərinin milli-mədəni irsindən və ənənəvi memarlıq elementlərindən ilham alınıb.

Qonaqlara Aralıq dənizi, Yaxın Şərq və Yaponiya mətbəxinin təamlarını təqdim edən müxtəlif restoranlar da xidmət göstərəcək.

Qeyd edək ki, dünyanın aparıcı hotel qruplarından biri olan “IHG Hotels & Resorts”un lüks brendləri sırasına daxil olan “Six Senses” hazırda dünyanın 23 ölkəsində 27 hotel və kurortla təmsil olunur. Brendin 2028-ci ildə Dubay Marinada daha bir iri layihəsinin istifadəyə verilməsi planlaşdırılır.

Oxşar xəbərlər