Qazaxıstana səfər edən Azərbaycan vətəndaşları üçün yeni elektron icazə sistemi tətbiq olunur

Oktyabr 22, 2026 11:55 / 59
Qazaxıstana səfər edən Azərbaycan vətəndaşları üçün yeni elektron icazə sistemi tətbiq olunur
A-
A
A+

Qazaxıstana vizasız səfər edən əcnəbilər üçün QazETA elektron icazə sisteminin tətbiqinə başlanılır.

cbx-add

Turizmplus.az xəbər verir ki, 1 noyabr 2026-cı il tarixindən etibarən sistem Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanında tətbiq olunacaq. Yeni qaydalar Azərbaycan vətəndaşları da daxil olmaqla, müvafiq kateqoriyaya aid olan vizasız səfər edən əcnəbiləri əhatə edir.

Sistem vasitəsilə səyahət edən şəxslər səfərdən ən azı 72 saat əvvəl QazETA-nın rəsmi internet portalı və ya mobil tətbiqi üzərindən elektron icazə üçün müraciət edə bilərlər.

Verilən icazənin 180 təqvim günü qüvvədə olacağı və bu müddət ərzində çoxdəfəlik giriş imkanı yaradacağı bildirilir.

QazETA sisteminin tətbiqinin növbəti mərhələdə genişləndirilməsi nəzərdə tutulur. Belə ki, 1 yanvar 2027-ci ildən sistemin Astana və Almatı hava limanlarında, 1 mart 2027-ci ildən isə digər sərhəd-keçid məntəqələrində tətbiqi planlaşdırılır.

Elektron icazənin bütün müvafiq giriş məntəqələrində məcburi tələbə çevrilməsi 1 iyul 2027-ci il tarixinə nəzərdə tutulub.

Qeyd edək ki, keçid dövründə, 30 iyun 2027-ci ilədək, QazETA icazəsinin olmaması özlüyündə ölkəyə girişdən imtina üçün əsas hesab edilmir. Səfər planlaşdıran Azərbaycan vətəndaşlarına yenilənən tələbləri əvvəlcədən yoxlamaq tövsiyə olunur.

Oxşar xəbərlər