ANEX Turizm Grubu Neşet Koçkarla bağlı iddialara açıqlama verib

Oktyabr 7, 2026 12:17 / 25
ANEX Turizm Grubu Neşet Koçkarla bağlı iddialara açıqlama verib
A-
A
A+

ANEX Turizm Grubu Antalya şəhərində aparılan istintaq çərçivəsində şirkətin və İdarə Heyətinin sədri Neşet Koçkarın adının hallandığı xəbərlərlə bağlı açıqlama yayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, qrup tərəfindən yayılan açıqlamada Neşet Koçkar və ANEX Turizm Grubu ilə əlaqələndirilən iddia və qiymətləndirmələrin həqiqəti əks etdirmədiyi bildirilib.

Açıqlamada Neşet Koçkarın vəzifəsinin başında olduğu və qrup daxilində fəaliyyətini davam etdirdiyi qeyd olunub.

Bildirilib ki, ANEX Turizm Grubu çərçivəsində fəaliyyətlər normal qaydada davam edir. Qrupun investisiya layihələri və beynəlxalq bazarlardakı fəaliyyətinin də davam etdiriləcəyi vurğulanıb.

ANEX Turizm Grubu ictimaiyyətə doğruluğu təsdiqlənməmiş xəbər və şərhlər əvəzinə qrupun rəsmi açıqlamalarını nəzərə almağa çağırıb.

Oxşar xəbərlər