Bakıda «Çiyələk Festivalı» keçiriləcək -MƏLUMAT

IMG 8816

May ayının 13-də Bakıda, Sevgi Parkında «Çiyələk Festivalı» keçiriləcək.

Turizmplus.az xəbər verir ki, tədbirdə aşpazlardan ustad dərsləri, səfirliklərin çiyələk qabları ilə çıxışı, ulduzların iştirakı ilə əyləncə proqramı, şəhərin yerli brendləri və ən yaxşı restoranları ilə tanışlıq baş tutacaq. 

Bundan əlavə  «Mən çiyələk çəkirəm» rəsm müsabiqəsi və 6 yaşdan 18 yaşa qədər uşaqlar üçün vokal müsabiqəsi keçiriləcək.

Tədbir saat 12:00-da başlayıb 21:00-a qədər davam edəcək.

Menecerlər