«Avropa Oyunları 2027» İstanbulda keçiriləcək — EKREM İMAMOĞLU

imamoglu 2027 avrupa oyunlari istanbulda ticom min

«Bu gün İstanbul üçün tarixi bir günün sevincini yaşayırıq. 2027-ci ildə Avropa Oyunları İstanbulda keçiriləcək».

Turizmplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Bələdiyyə Başçısı Ekrem İmamoğlu deyib. O, qeyd edib ki, 2023-cü ildən etibarən aparılan danışıqlar müsbət cavabla nəticələnib.

İmamoğlu, yerli seçkilər səbəbindən imzalanma mərasimini növbəti həftələrə təxirə saldıqlarını da bildirib.

Qeyd edək ki, «Avropa Oyunları» ilk dəfə 2015-ci ildə Bakıda keçirilib.

Menecerlər