Dünyanın ən xoşbəxt ölkələri — AZƏRBAYCAN NEÇƏNCİ SIRADADIR?

4849

Birləşmiş Millətlər Təşkilatının 143 ölkəni qiymətləndirdikdən sonra müəyyən etdiyi Dünya Xoşbəxtlik Hesabatı dərc edilib.

Turizmplu.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) qlobal sorğu məlumatlarından istifadə edərək müəyyən etdiyi «Dünyanın Ən Xoşbəxt Ölkələri 2024» hesabatına görə, Finlandiya yeddinci dəfə birinci yeri tutub. Ən bədbəxt ölkə Əfqanıstan olub.

Azərbaycan isə bütün qonşu dövlətlərdən geridə qalaraq siyahıda 101-ci sırada yer alıb.

Dünyanın ən xoşbəxt 10 ölkəsi aşağıdakılardır:

Finlandiya
Danimarka
İslandiya
İsveç
İsrail
Hollandiya
Norveç
Lüksemburq
İsveçrə
Avstraliya

Menecerlər