«Comfort Holiday Travel» şirkətinin yeni ofisinin açılış mərasimi keçirilib

a327e1db b8d3 4ae7 83d9 a558c0c9eb25

Bakıda Ağ Şəhərdə «Comfort Holiday Travel» şirkətinin yeni ofisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində tanınmış ictimaiyyət nümayəndələri, turizm bloqerləri, sahibkarlar o cümlədən media nümayəndələri iştirak ediblər.

Öncə dövlət himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ee9d3315 f754 46c6 bd8a e3834d41f5ae

Tədbirdə çıxış edən «Comfort Holiday Travel» turizm şirkətinin təsisçisi və direktoru Şəhriyar Qurbanzadə şirkətin səyahət, sağlamlıq, istirahət, aviauçuşlar sahəsində təqdim etdiyi imkanlar, müxtəlif turpaketlər və digər xidmətlər barədə məlumat verib.

3a125f1d 7791 45d3 be00 ae04148ce108

Bildirilib ki, 2019-cü ildən fəaliyyət göstərən şirkət müştəri məmnuniyyətini, rahat və keyfiyyətli istirahəti, yüksək səviyyədə səyahətin təşkilini özünün başlıca prioriteti hesab edir. Xidmətlərə dünyanın istənilən ölkə və şəhərinə turların təşkili, məşhur müalicə ocaqlarının və sanatoriyaların bronlaşdırılması (tibbi tur), münasib, sərfəli qiymətlərə aviabiletlərin təşkili və digər xidmətlər daxildir.

Sonra çıxış edən «Comfort Holiday Travel» turizm şirkətinin direktor müavini Orxan Nurullayev diqqətə çatdırıb ki, şirkət tərəfindən müştərilər üçün xarici ölkələrlə yanaşı, Azərbaycanın dilbər guşələrində, xüsusən işğaldan azad edilmiş rayonlarda istirahət və müalicə almaq imkanı yaradılıb.

Qeyd olunub ki, müştərilərin rahat şəraitdə səyahət və istirahət etmələri üçün şirkət tərəfindən lazımi xidmətlər təqdim olunur. Məqsəd insanların heç bir əziyyət çəkmədən, dünyanın istənilən şəhər və ölkəsinə, eyni zamanda, tarixi məkanlara, maraqlı yerlərə səyahətlərini yüksək səviyyədə təmin etməkdir.

Daha sonra tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri sərfəli və keyfiyyətli səyahət etmək istəyənlərə “Comfort Holiday Travel» şirkətini seçməyi tövsiyə ediblər.

Tədbir çərçivəsində şirkətin fəaliyyətində xüsusi xidmətləri olan əməkdaşlar Fəxri Fərmanla və qiymətli hədiyyələrlə təltif olunublar.

9b28b477 0c94 4be8 b36a 01a9d552b537

Menecerlər