USD 1.7
27 °C

2023-cü ildə Azərbaycan hotelləri nə qədər gəlir əldə edib? – HESABAT

Aprel 8, 2024 16:12 / 196
2023-cü ildə Azərbaycan hotelləri nə qədər gəlir əldə edib? – HESABAT
A-
A
A+

Ötən il yerli hotellər nömrə satışından 517 milyon 603 min manat (əvvəlki ilə nisbətən 2,4 dəfə çox) gəlir əldə edib.

cbx-add

“Mediaplus” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında qeyd edilib.  2023-cü ildə Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərin gəlirləri 868 milyon 640 min manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 2,4 dəfə çoxdur.

İl ərzində hotellərin iaşə xidmətlərindən gəlirləri 2,3 dəfə artaraq 236 milyon 358 min manat, müalicə-sağlamlıq xidmətlərindən gəlirləri 2,8 dəfə artaraq 30 milyon 492 min manat, ekskursiya xidmətlərindən gəlirləri 274 dəfə artaraq 295 min manat, konfrans xidmətlərindən gəlirləri 4,7 dəfə artaraq 14 milyon 606 min manat, digər gəlirləri isə 2,1 dəfə artaraq 59 milyon 286 min manat olub.

Oxşar xəbərlər