Turizm şirkətlərinin nümayəndələri ilə “Summer Tour” rəhbərliyi görüşdü – NƏTİCƏ

Aprel 29, 2026 17:57 / 698
Turizm şirkətlərinin nümayəndələri ilə “Summer Tour” rəhbərliyi görüşdü – NƏTİCƏ
A-
A
A+

Son günlər turizm sektorunda müzakirə olunan məsələlərlə bağlı olaraq, “Summer Tour Azerbaijan” MMC-nin ofisində ölkənin aparıcı turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, görüşdə ümumilikdə 30-a yaxın turizm şirkətinin təsisçi və direktorları iştirak edib. Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nəticə olaraq, mövcud bazar vəziyyəti, turizm məhsullarının tərkibində baş verən dəyişikliklər və tətbiq edilən yeniliklərin səbəbləri, həmçinin hüquqi əsasları ətraflı şəkildə təqdim olunub.

“Summer Tour Azerbaijan” MMC tərəfindən bildirilib ki, şirkət fəaliyyətində şəffaflıq, düzgün kommunikasiya və tərəfdaşlarla koordinasiyalı əməkdaşlıq prinsiplərini əsas tutur və bu istiqamətdə işlərini davam etdirir.

Oxşar xəbərlər