ABŞ-da yüksək vəzifə tutan azərbaycanlı xanım hotelçi – HÜRÜ KOÇLA MÜSAHİBƏ

Aprel 15, 2026 14:36 / 94
ABŞ-da yüksək vəzifə tutan azərbaycanlı xanım hotelçi – HÜRÜ KOÇLA MÜSAHİBƏ
A-
A
A+

Azərbaycanlı turizm və hotelçilik mütəxəssisləri beynəlxalq arenada uğurlarını davam etdirir. Onlardan biri də peşəkar fəaliyyəti ilə diqqət çəkən Hürü Koç-dur. O, hazırda ABŞ-da yüksək vəzifədə çalışaraq ölkəmizi qlobal turizm sənayesində layiqincə təmsil edir.

cbx-add

Turizmplus.az azərbaycanlı hotelçi ilə qısa müsahibəni təqdim edir.

– Hazırda hansı vəzifədə çalışırsınız?
Hazırda ABŞ-ın Oregon ştatının Portland metropolitan ərazisində yerləşən Holiday Inn otelində Assistant General Manager vəzifəsində fəaliyyət göstərirəm. Bu vəzifədə Baş Menecerdən sonra ikinci rəhbər şəxs kimi bütün şöbələrin işinə nəzarət edirəm.

– Gündəlik iş fəaliyyətiniz nələri əhatə edir?
Əsas fokusum otelin gündəlik əməliyyatlarının effektiv idarə olunması, qonaq məmnuniyyətinin artırılması və biznes göstəricilərinin inkişafıdır. Komanda ilə sıx işləyərək xidmət keyfiyyətini daim yüksəltməyə çalışırıq.

– Azərbaycandakı fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?
2014–2023-cü illərdə Fairmont Baku Flame Towers otelində satış şöbəsində müxtəlif vəzifələrdə çalışmışam. 2023-cü ildə isə Satış Direktoru vəzifəsinə yüksəlmişdim. Bu müddətdə satış strategiyalarının qurulması və gəlir artımı üzrə bir çox layihələrə rəhbərlik etmişəm.

– ABŞ-da karyeranız necə inkişaf edib?
2023-cü ildən etibarən ABŞ-da yaşayıram. 2024–2025-ci illərdə Marriott International şəbəkəsində Area Director of Sales & Marketing vəzifəsində çalışaraq bir neçə otelin satış və marketinq strategiyalarını idarə etmişəm.

– Gələcək planlarınız nələrdir?
Əsas məqsədim beynəlxalq hotelçilik sahəsində daha böyük layihələrdə yer almaq və Azərbaycanlı mütəxəssislərin qlobal turizm sektorundakı rolunu daha da gücləndirməkdir.

Qeyd edək ki, Hürü Koç artıq üç ildir ABŞ-da fəaliyyət göstərir və bu müddət ərzində iki böyük beynəlxalq hotel şəbəkəsində uğurla çalışaraq Azərbaycanlı hotelçilərin beynəlxalq səviyyədə uğurla təmsil olunmasına töhfə verir.

Oxşar xəbərlər