Türkiyə çimərliklərində yeni QADAĞA tətbiq edilə bilər

İyun 3, 2026 14:56 / 50
Türkiyə çimərliklərində yeni QADAĞA tətbiq edilə bilər
A-
A
A+

Türkiyədə çimərliklərin siqaret kötükləri ilə çirklənməsinin qarşısını almaq məqsədilə sahillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Antalya Dənizçilik Platformasının sədri İzzet Ünlü İspaniya və Fransada olduğu kimi Türkiyədə də çimərliklərdə siqaret çəkilməsinə qadağa qoyulmasını və qaydanı pozanlara yüksək məbləğdə cərimələrin tətbiq edilməsini istəyib.

Onun sözlərinə görə, siqaret kötükləri sahillərdə ən çox rast gəlinən tullantılar sırasındadır və nəticədə dənizlərə, su mənbələrinə qarışaraq ətraf mühitə ciddi zərər vurur.

İ. Ünlü həmçinin bələdiyyələrin sahillərdə daha çox tullantı qutusu və məlumatlandırıcı lövhələr yerləşdirməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, İspaniya və Fransanın bir sıra çimərliklərində siqaret çəkilməsi qadağandır və qayda pozuntularına görə cərimələr tətbiq olunur.

Oxşar xəbərlər