Turizmplus.az artıq 2 şirkətin illik media tərəfdaşı oldu – CƏMİ 300 AZN-ə 12 aylıq əməkdaşlıq

Noyabr 25, 2026 14:20 / 39
Turizmplus.az artıq 2 şirkətin illik media tərəfdaşı oldu – CƏMİ 300 AZN-ə 12 aylıq əməkdaşlıq
A-
A
A+

Turizmplus.az-ın turizm sənayesi nümayəndələri üçün təqdim etdiyi yeni illik media tərəfdaşlığı proqramına artıq ilk iki şirkət qoşulub.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Aristokrat Travel” və “BTS Group Travel” turizm şirkətləri proqramın ilk iştirakçıları olaraq platforma ilə 12 aylıq media əməkdaşlığına başlayıblar.

Proqram turizm şirkətlərinin media imkanlarını genişləndirmək, onların fəaliyyətini, yeniliklərini və xidmətlərini daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Xüsusi olaraq qeyd edək ki, 300 AZN aylıq deyil, bütün il üçün nəzərdə tutulan birdəfəlik ödənişdir. Şirkətlər cəmi bir dəfə 300 AZN ödəməklə 12 ay ərzində Turizmplus.az-ın media tərəfdaşlığı imkanlarından yararlana bilərlər.

Proqram çərçivəsində şirkətlərə aşağıdakı imkanlar təqdim olunur:

  • 12 aylıq media tərəfdaşlığı;
  • Ayda 3, il ərzində isə maksimum 36 xəbərin yayımlanması;
  • Hər xəbərə 5-dək fotoşəklin əlavə edilməsi;
  • Mətnlərin peşəkar redaktə edilməsi;
  • Şirkət yeniliklərinin hədəfli turizm auditoriyasına çatdırılması.

300 AZN – bir dəfə ödəniş, 12 ay əməkdaşlıq, 36 xəbər yayımı imkanı!

Turizmplus.az yeni media tərəfdaşlarına təşəkkür edir və digər turizm şirkətlərini də proqramın imkanlarından yararlanmağa dəvət edir.

Proqrama qoşulmaq və əməkdaşlıq şərtləri barədə ətraflı məlumat əldə etmək istəyən şirkətlər Turizmplus.az ilə əlaqə saxlaya bilərlər.

Oxşar xəbərlər