TURİZMÇİLƏRİN NƏZƏRİNƏ: “Exciting Maldives” və “Aviapartner” birgə seminar təşkil edəcək

“Exciting Maldives” və “Aviapartner” şirkəti ilə birgə təşkilatçılığı ilə yerli turizm şirkətlərinin nümayəndələri üçün seminar təşkil ediləcək.

Turizmplus.az xəbər verir ki, martın 7-si və 11-də saat 11:00-da baş tutacaq seminarda iştirakçıları “Exciting Maldives” DMC şirkəti, həmçinin aviaşirkətin uçuş proqramı ilə tanışlıq gözləyir.
Bundan əlavə, sizə Maldiv adaları və otellər haqqında məlumat veriləcək.
Nəzərinizə çatdıraq ki, həftə ərzində hər gün FlyDubai hava yolları ilə Maldivə uçuşlar mövcuddur.
Hazırda seminarda iştirak üçün 8 yer mövcuddur.
Əlaqə üçün: +994 55 342 13 44 (Ülviyyə Verqazova)
Qeyd edək ki, ilk seminar mart ayının 5-də baş tutub.