USD 1.7
9 °C

Turizm sənayesinin COP29-la bağlı hazırlıqları müzakirə edilib

İyul 31, 2024 13:16 / 128
Turizm sənayesinin COP29-la bağlı hazırlıqları müzakirə edilib
A-
A
A+

İyulun 29-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının COP29-a həsr olunmuş iclası keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Qurbanov bildirib ki, ASK-nın tərkibində fəaliyyət göstərən turizm komissiyası bu sektorun inkişafının monitorinqini keçirir, müzakirələr aparır və hökumətə turizmin inkişafı ilə bağlı tövsiyələr təqdim edir. O əlavə edib ki, konfederasiya öz fəaliyyəti çərçivəsində ölkədə sahibkarlara qeyri-maliyyə dəstəyi göstərir, xüsusilə treninqlər, seminarlar keçirir, konsaltinq xidmətləri göstərir, eləcə də iş adamlarının maraqlarını yerli və beynəlxalq səviyyədə təmsil edir.

ASK-nın “Turizm və xidmət üzrə iş” komissiyasının sədri Ruslan Quliyev bildirib ki, konfederasiya 50-dən çox ölkədə analoji strukturlarla əməkdaşlıq edir və 25 ölkədə nümayəndəliyə malikdir. Ölkədə daxilində isə dövlət-biznes dialoqunda mühüm yer tutan bir qurumdur. Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən assosiasiyaların rəhbərləri “Turizm və xidmət üzrə iş” komissiyasının üzvləri sırasındadır və bu da turizm sahəsində düzgün analizlərin aparılmasına, bu sahədəki mövcud nöqsanların aşkarlanmasına və hökumətə lazımi tövsiyələrin hazırlanıb çatdırılmasına şərait yaradır.

İclasda COP29-la bağlı turizm sənayesinin hazırlıq templəri də müzakirə olunub. Bildirilib ki, COP29 Azərbaycanda indiyə qədər keçirilən beynəlxalq tədbirlərin ən böyüyüdür. Burada təxminən 100 min civarında qonağın iştirakı nəzərdə tutulur. Tədbirin lazımi səviyyədə baş tutmasında, gələn qonaqların Azərbaycandan məmnun getməsində ən mühüm vəzifənin daşıyıcısı turizm sənayesidir. Bu baxımdan yerləşdirmə yerlərinin sayı, hotellərin bron edilməsi, qiymətlərin müəyyənləşdirilməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hotel əməkdaşlarına treninqlərin keçirilməsi, bu istiqamətdə Azərbaycan Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq kimi vacib nüanslar da toplantıda müzakirə edilən məsələlər sırasında yer alıb. Bildirilib ki, ölkədə fəaliyyət göstərən bütün qurumlar, həm dövlət, həm də özəl sektorun nümayəndələri bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi üçün bütün imkanlarını səfərbər etməlidir.

İclasda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP), fəaliyyət istiqamətləri, eləcə də İCAPP Biznes Şurasının yaradılması, Azərbaycanın bu təşkilatda fəaliyyəti və gələcək planlar haqqında da məlumat verilib. Qeyd edib ki, ICAPP Biznes Şurasının fəaliyyəti olduqca əhəmiyyətli formatdır. Şura bütün təmsil olunan dövlətlərin biznes təmsilçilərinin səsinə və onların ən yaxın tərəfdaşına çevrilmək, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi üçun dialoq qurmaq və ölkələrarası sahibkarlığın dayanıqlı inkişafına dəstək olmaq missiyasının daşıyıcı olmaq funksiyasını öz üzərinə götürə bilər. Ancaq bu formatın təkmilləşdirilməsi üçün qarşılıqlı səylər artırılmalıdır. Bu platformada ölkələr qarşılıqlı iş birliyi, investisiyalar və ekspert dəstəyindən yararlanaraq, bütün vektorlar üzrə mükəmməl bir təcrübə ortaya qoya bilər.

Qeyd edək ki, 2023-cü ilin 30 aprel tarixində “Millennium Turizm Konqress DMC”nin direktoru Ruslan Quliyev İCAPP Biznes Şurasının üzvü seçilib.

Oxşar xəbərlər