THY ilə uçan “Apple” istifadəçilərinə şad xəbər: Baqajın itməsi tarixə qovuşur
Türk Hava Yolları ilə Apple arasında bağlanan əməkdaşlıq müqaviləsi ilə itirilmiş baqajın yer məlumatları sistem vasitəsilə aşkar edilə bilər.
Turizmplus.az xəbər verir ki, iOS 18.2 yeniləməsi ilə sərnişinlər AirTag və ya Find My dəstəklənən cihazlardan istifadə edərək baqajlarının yer məlumatlarını THY komandaları ilə paylaşa biləcəklər.
Sərnişinlər sadəcə olaraq, THY-nin internet saytındakı təyin olunmuş əraziyə Tap My proqram vasitəsilə yaradılan “Məkanı Paylaş” linkini əlavə edəcəklər. Paylaşılan məkan məlumatları təhlükəsiz şəkildə saxlanılacaq, 7 gün ərzində avtomatik silinəcək və ya istifadəçinin tələbindən asılı olaraq əl ilə söndürülə bilər.