Türk Hava Yolları (THY) bu yaxınlarda Suriyanın Dəməşq və Hələb şəhərlərinə yenidən uçuşlara başlayacağını açıqlamışdı.

Turizmplus.az xəbər verir ki, THY baş direktoru Bilal Ekşi sosial mediada Şam uçuşlarının tarixini açıqlayıb.
THY-nin 23 Yanvar Cümə axşamı günü Dəməşqə uçuşlara başlayacağını açıqlayan Ekşi, uçuşların həftədə üç dəfə həyata keçiriləcəyini bildirib.
İstanbul Hava Limanından uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçiriləcək.