USD 1.7
9 °C

Şuşada yerləşən bu hotellərin qonaqlarına portal icazələri təşkil ediləcək

Oktyabr 9, 2024 14:18 / 278
Şuşada yerləşən bu hotellərin qonaqlarına portal icazələri təşkil ediləcək
A-
A
A+

“Shusha Hospitality Group” (Şuşada fəaliyyət göstərən “XarıBülbül” Hotel, “XarıBülbül Residence” və “Qarabağ” Hotellərinin idarəedici biznes qurumu) olaraq, 2024-cü ilin aprel ayından etibarən biznesə dəstək məqsədilə hotellərimizə qonaq təyinatlı portal icazələrini təşkil etmək imkanı tanınmış və bu məqsədlə müraciət edən fərdi və qrup rezervasiyalarının icazələri təşkil edilməkdədir.

cbx-add

Şirkətin satış direktoru Natiq İslamov Turizmplus.az saytına açıqlamasında bildirib ki, otellərimiz adından icazələr tamamilə ödənişsizdir. Müəssisəmiz tərəfindən müştərilər və tərəfdaşlardan hər hansı ödəniş tələb edilmir, icazələrin təşkilatçısı və cavabdehi olaraq da tərəfdaşlardan bu məqsədlə hər hansı ödənişin tələb olunmamasını xahiş edirik.

Hesab edirik ki, otellərimizin və tur şirkətlərinin işğaldan azad olunan ərazilərdə təşkil olunan turizm xidmətlərində maraqları kifayət qədər ədalətli şəkildə qorunur və işğaldan azad edilmiş ərazilərə icazələr üçün əlavə ödəniş tələbini mənəvi baxımdan məqbul hesab etmirik.

Odur ki, bir daha hər kəsə bəyan edirik ki, XarıBülbül Hotel, XarıBülbül Rezidens və Qarabağ Hotellərə qonaqlama və ya bir günlük səfər zamanı drestoran xidmətlərindən istifadə üçün portal icazələri üçün qətiyyən heç bir ödəniş tələb olunmur və 3-cü tərəf (və ya tərəflərin) analoji tələbi əsassızdır.

Portal icazəsi üçün və rezervasiya edilməsi üçün birbaşa olaraq mənimlə əlaqə saxlamağınız xahiş olunur.

Qeyd : Turizm tərəfdaşlarımızın maraqlarını nəzərə alaraq bir daha bildirir ki, bu hal müştəri ilə bir başa təmas məqsədi daşımayıb, portal icazə üçün cavabdeh şəxs olaraq hotellərimizin məsuliyyətini sığortlamaq xarakteri daşıyır.

Əlaqə: +994 55 625 35 25

Oxşar xəbərlər