SON DƏQİQƏ: “Pegas Touristik” də 60 USD məbləğində yanacaq əlavəsi tətbiq edəcək

Aprel 29, 2026 11:37 / 174
SON DƏQİQƏ: “Pegas Touristik” də 60 USD məbləğində yanacaq əlavəsi tətbiq edəcək
A-
A
A+

Pegas Touristik Azerbaijan tərəfdaş agentliklərə göndərdiyi bildirişdə aviabiletlərlə bağlı yeni qiymət dəyişikliklərini açıqlayıb.

cbx-add

Turizmplus.az şirkətə istinadən xəbər verir ki, beynəlxalq bazarlarda müşahidə olunan iqtisadi dəyişikliklər, xüsusilə yanacaq xərclərinin artması və təchizat zəncirində yaranan çətinliklər səbəbindən aviaşirkətlər tərəfindən tarif siyasətinə yenidən baxılıb.

Bildirilib ki, 28 aprel 2026-cı il (daxil olmaqla) tarixinədək təsdiqlənmiş və uçuş tarixləri 15 iyun 2026-cı ildən sonrakı dövrü əhatə edən bütün rezervasiyalar üzrə hər sərnişin üçün 60 ABŞ dolları məbləğində yanacaq əlavəsi tətbiq olunacaq.

Eyni zamanda, 28 aprel 2026-cı il tarixindən etibarən yaradılmış və uçuşları 15 iyun 2026-cı il və sonrasına planlaşdırılan rezervasiyalarda bu əlavə artıq aviabiletin ümumi qiymətinə daxil edilib.

Şirkət qeyd edib ki, mövcud müqavilə şərtlərinə əsasən, aviaşirkətlər tərəfindən aviabilet qiymətlərində edilən dəyişikliklər (yanacaq və digər rüsumlarla bağlı artımlar daxil olmaqla) agentliklərə təqdim olunur və yeni qiymətlərin tətbiqi həmin məlumatlar əsasında həyata keçirilir.

Bununla yanaşı vurğulanıb ki, əlavə ödənişlə razılaşmayan sərnişinlər üçün rezervasiyanın cəriməsiz ləğvi və tam geri ödəniş imkanı mövcuddur.

Məlumatda yaranmış vəziyyətin anlayışla qarşılanacağına ümid edildiyi bildirilib.

Oxşar xəbərlər