A-
A
A+
Türkiyənin bir çox hava limanlarında pasport nəzarəti üçün istifadə edilən polis qüvvələrinin POLNET sistemində nasazlıq yaranıb.

Turizmplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, minlərlə sərnişin nasazlıqlara görə pasport nəzarətindən keçə bilmir.
Esenboğa, Sabiha Gökçen və Antalya hava limanlarında güclü sıxlıq müşahidə olunur.