SON DƏQİQƏ: AZAL daha bir istiqamətə birbaşa uçuşlara başlayır

İyul 7, 2026 17:29 / 116
SON DƏQİQƏ: AZAL daha bir istiqamətə birbaşa uçuşlara başlayır
A-
A
A+

Azərbaycan Hava Yolları (AZAL) Türkiyədə daha bir istiqamət üzrə uçuş şəbəkəsini genişləndirir.

cbx-add

Turizmplus.az xəbər verir ki, aviaşirkət 30 iyul 2026-cı il tarixindən etibarən Bakı–Qars–Bakı marşrutu üzrə birbaşa reyslər həyata keçirəcək.

Məlumata görə, uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Yeni marşrut sərnişinlərə Türkiyənin tarixi və mədəni irsi ilə seçilən Qars şəhərinə birbaşa səyahət imkanı yaradacaq. Aviabiletləri AZAL-ın rəsmi satış kanalları, mobil tətbiqi, kassaları və agentlikləri vasitəsilə əldə etmək mümkündür.

Oxşar xəbərlər