Səyahətçilər üçün YENİ İSTİQAMƏT: KOMPAS tur-operatoru Əl-Ələmeinə birbaşa çarter reyslərinə start verir

Yanvar 22, 2026 12:53 / 158
Səyahətçilər üçün YENİ İSTİQAMƏT: KOMPAS tur-operatoru Əl-Ələmeinə birbaşa çarter reyslərinə start verir
A-
A
A+

Uzun illərdir Azərbaycan turistləri üçün Aralıq dənizi hövzəsində yerləşən klassik kurort istiqamətləri ən çox seçilən məkanlar sırasında yer alır. Lakin son dövrlərdə səyahətçilər arasında eyni səviyyədə komfort, lakin daha sakit, izdihamsız və yeni təcrübə təqdim edən alternativ istiqamətlərə maraq artmaqdadır. Bu baxımdan turizm bazarında Misirin Aralıq dənizi sahilində yerləşən Əl-Ələmein şəhəri yeni premium kurort istiqaməti kimi diqqət çəkir.

cbx-add

Turizmplus.az xəbər verir ki, 4 iyun tarixindən etibarən Azərbaycan turizm bazarında ilk dəfə olaraq KOMPAS Tur Operatoru Misirin Əl-Ələmein şəhərinə birbaşa çarter reyslərinə start verir. Reyslər AZAL aviaşirkəti tərəfindən həftədə 1 dəfə – cümə axşamları həyata keçiriləcək. Uçuş paketinə 23 kq baqaj və 10 kq əl yükü daxildir.

Əl-Ələmein – Misirin Aralıq dənizi sahilində yerləşən müasir kurort şəhəri

Əl-Ələmein Misirin Aralıq dənizi sahilində yerləşən, son illərdə sürətlə inkişaf edən müasir və premium kurort şəhəridir. Şəhər yeni tikilmiş 5★ otelləri, geniş və rahat çimərlikləri, planlı infrastruktur və sakit istirahət mühiti ilə seçilir. Bu istiqamət xüsusilə komfortlu və balanslı istirahət axtaran turistlər üçün cəlbedici hesab olunur.

Burada turistləri aşağıdakı üstünlüklər gözləyir:

  • mülayim və komfortlu iqlim

  • firuzəyi Aralıq dənizi sahilləri

  • yeni nəsil 5★ otellər

  • geniş və rahat çimərliklər

  • sakit və elit istirahət atmosferi

Niyə Əl-Ələmeinə maraq artır?

Turizm mütəxəssislərinin fikrincə, Əl-Ələmein artıq klassik və kütləvi kurortlardan fərqli yeni premium alternativ kimi dəyərləndirilir. Bu istiqaməti seçən turistlər əsasən:

  • Aralıq dənizi bölgəsində yerləşən tanış kurort şəhərlərini dəfələrlə ziyarət etmiş

  • yeni təcrübə axtaran, lakin komfortdan imtina etmək istəməyən

  • servis səviyyəsinə, sakit mühitə və istirahət keyfiyyətinə önəm verən səyahətçilərdir

Klassik kurort istiqamətlərindən fərqi nədir?

Əl-Ələmein bir sıra xüsusiyyətlərinə görə kütləvi istirahət məkanlarından seçilir:

  • çimərliklərdə daha az sıxlıq

  • müasir və yeni otel infrastrukturu

  • yandırıcı olmayan, rahat hava şəraiti

  • ailəvi istirahət üçün əlverişli mühit

  • yenilik və eksklüzivlik hissi

Bu istiqamət kimlər üçün uyğundur?

Əl-Ələmein aşağıdakı kateqoriyalar üzrə turistlər üçün xüsusilə uyğundur:

  • uşaqlı ailələr

  • sakit və komfortlu istirahət sevən cütlüklər

  • alternativ və yeni istiqamətlər axtaran turistlər

  • yenilikləri ilk kəşf etməyi sevən səyahətçilər

Niyə məhz indi?

Əl-Ələmein sürətlə inkişaf edən kurort şəhərlərindən biridir. Hazırda:

  • ən yaxşı otellər geniş seçim imkanı yaradır

  • qiymətlər yaxın mövsümlərlə müqayisədə daha sərfəlidir

  • turist sıxlığı klassik istiqamətlərlə müqayisədə aşağıdır

Mütəxəssislər bildirirlər ki, yaxın illərdə Əl-Ələmein daha geniş turist kütləsini cəlb edəcək. Hazırkı mərhələ isə bu şəhəri ilk kəşf edənlərdən olmaq üçün ən uyğun zamandır.

Oxşar xəbərlər