ATAA-ya üzv şirkətlərin nümayəndələri İçərişəhərdə; Yeni obyektlər tanıdıldı – FOTOLAR

Aprel 30, 2026 11:46 / 78
ATAA-ya üzv şirkətlərin nümayəndələri İçərişəhərdə; Yeni obyektlər tanıdıldı – FOTOLAR
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası təşkilatçılığı və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə üzv şirkətlər üçün İçərişəhər ərazisində yerləşən bir sıra tarixi və mədəni turizm obyektlərinə tanışlıq turu təşkil olunub.

cbx-add

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, info-tur çərçivəsində iştirakçılar Buxara Karvansarayının tarixi irsi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub. Eyni zamanda Dastan MərkəziAzərbaycan Numizmatika Muzeyində nümayiş olunan eksponatlar barədə ətraflı məlumat əldə ediblər.

Tədbir zamanı iştirakçılara bu məkanların müasir konsepsiyası, istifadə imkanları və turizm məhsulu kimi satış potensialı barədə təqdimatlar keçirilib. Həmçinin tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edilib ki, bu cür info-turlar turizm şirkətlərinin yerli turizm məhsulları ilə daha yaxından tanış olmasına və onların satış imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.

Oxşar xəbərlər