AZAL bu tarixdən Bakı-Şımkent istiqamətində yeni reyslərə başlayır

May 27, 2026 12:59 / 18
AZAL bu tarixdən Bakı-Şımkent istiqamətində yeni reyslərə başlayır
A-
A
A+

Azərbaycan Hava Yolları (AZAL) Qazaxıstanla hava əlaqələrini genişləndirməyə davam edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, aviaşirkət 16 iyun 2026-cı il tarixindən etibarən Şımkent–Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

Yeni reyslərin Azərbaycan və Qazaxıstan arasında turizm, biznes və nəqliyyat əlaqələrinin inkişafına əlavə töhfə verəcəyi gözlənilir. Uçuşların həm turistlər, həm də işgüzar səfərlər həyata keçirən sərnişinlər üçün yeni imkanlar yaradacağı bildirilir.

Qeyd edək ki, son dövrlər Mərkəzi Asiya ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi regionda qarşılıqlı turist axınının artırılması baxımından mühüm addım hesab olunur.

Oxşar xəbərlər