AZAL-da maraqlı VAKANSİYA: Yorğunluğun idarə olunması üzrə mütəxəssis

İyul 17, 2026 12:07 / 118
AZAL-da maraqlı VAKANSİYA: Yorğunluğun idarə olunması üzrə mütəxəssis
A-
A
A+

Azərbaycan Hava Yolları (AZAL) yeni vakansiya elan edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, aviaşirkət “Yorğunluğun idarə olunması üzrə mütəxəssis” vəzifəsi üçün namizədlərin qəbuluna başlayıb.

Vakansiya çərçivəsində uçuş heyətinin yorğunluğunun monitorinqi, risklərin təhlili, təhlükəsizlik tələblərinə nəzarət, statistik hesabatların hazırlanması və uçuşların təhlükəsizliyi ilə bağlı məlumatların idarə edilməsi əsas vəzifələr sırasındadır.

Namizədlərdən ali təhsil, təyyarə bələdçisi vəzifəsində minimum 1 il iş təcrübəsi, Azərbaycan və ingilis dillərini sərbəst bilmələri, analitik düşünmə və komanda ilə işləmək bacarığı tələb olunur.

İş yeri Heydər Əliyev Beynəlxalq Aeroportu, iş qrafiki isə həftənin 5 günü, saat 09:00–18:00 arasıdır.

Oxşar xəbərlər