USD 1.7
20 °C

“Planet Travel” və “Ajet” hava yollarının təşkilatçılığı ilə təqdimat keçirilib

İyul 5, 2024 17:21 / 390
“Planet Travel” və “Ajet” hava yollarının təşkilatçılığı ilə təqdimat keçirilib
A-
A
A+

Azərbaycanın “Planet Travel” turizm şirkəti və Türkiyənin “Ajet” hava yollarının birgə təşkilatçılığı ilə təntənəli təqdimat mərasimi keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Ritz Carlton Baku” hotelində baş tutan tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahit Bağcı, Azərbaycanın turizm Assosiasiyalarının sədrləri, hava yollarının rəhbər şəxsləri və turizmçilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Planet Travel” şirkətinin rəhbəri Zöhrab Məmmədov turizm agentliyi və tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.

Zöhrab Məmmədov

“Bildirmək istəyirəm ki, 15 fevral 2024-cü ildən etibarən “Ajet” Hava Yollarının Azərbaycandakı Baş Satış Agentliyi – rəsmi təmsilçisiyik. Bu məsuliyyəti bizə verdikləri və bizə duyduqları güvən üçün Ajet rəhbərliyinə, satış başkanımız cənab Macid Boyara, özü burada olmasa da, qəlbi bizimlə olan, hər zaman bizə dəstək olan satış müdirimiz cənab Erkan Polata, bölgəmizdən sorumlu rəhbərimiz cənab Yasin Ükəyə dərin təşəkkürlərimizi bildiririk. Qısa zaman ərzində şirkət mərkəzi ilə koordinasiyalı şəkildə bir çox məsələləri həll etdik və artıq əldə etdiyimiz təcrübə ilə gələcəkdə də bir çox məsələləri effektiv şəkildə həll edəcəyimizdən əminik”, – deyə Zöhrab Məmmədov qeyd edib.

Daha sonra söz Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanova verilib. Sədr qeyd edib ki, Assosiasiya Azərbaycana uçuşlar həyata keçirən bütün aviaşirkətlərlə sıx əməkdaşlıqlar yaradıb.

“”Ajet” aviaşirkətinin Azərbaycana uçuşları bizim üçün vacib məsələlərdən biridir. Çünki turizmin ilk addımları məhz logistikadan başlanır. Düşünürəm ki, bu iki şirkət arasında qurulan iş birliyi uğurlu alınacaq”, – deyə Göydəniz Qəhrəmanov bildirib.

Hamid Eldeleklioğlu

Ardınca Türk Hava Yollarının Azərbaycan nümayəndəliyinin rəhbəri  Hamid Eldeleklioğlu iki şirkətin THY və “Ajet”in ayrılmasının hər iki hava yolu üçün uğurlu olacağını vurğulayıb. O, qeyd edib ki, iki qardaş brend olaraq yolumuza davam edəcəyik.

Macid Boyar

“Ajet” hava yollarının satış direktoru Macid Boyar da öz növbəsində iştirak edən qonaqlara təşəkkürünü bildirib, aviaşirkət barədə geniş təqdimat keçirib. M.Boyar bildirib ki, artıq avqust ayından etibarən aviaşirkətin hər üç aviabilet paketi bütün GDS-lərə yerləşdiriləcək.

Cahit Bağcı

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahit Bağcı hər iki ölkə arasında qardaşlıq münasibətlərinə toxunub və bildirib ki, bu münasibətlər biznes sahəsində də günü-gündən möhkəmlənir. Səfir hər iki şirkətə bu əməkdaşlıqda uğurlar arzulayıb.

Daha sonra tədbir şam yeməyi və hədiyyəli müsabiqə ilə davam edib.

Oxşar xəbərlər